• $
  • €
  • ₽
  • ₺
  • £

Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib? — Özü DANIŞDI

Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib? — Özü DANIŞDI
08.09.2020 22:37
Ramiz Mehdiyevin nəvəsinin məşhur toy əhvalatından sonra bəzi media vasitələri sensasiya yaratmaq xatirinə uyğun gəldi-gəlmədi, az qala, nəinki iqtidarın keçmiş və indiki babat vəzifəlilərini, eyni zamanda müxalifətin də  bütün tanınmış liderlərini karantin qaydalarının pozulmasıyla müşayiət olunmuş  həmin mərasimin "iştirakçısına” çevirməyə çalışırlar... 

Belə "iştirak”çılardan daha birini "ifadə vermək” üçün Moderator.az-a dəvət etdik... Milli azadlıq hərəkatının fəallarından biri kimi tanınmış AMİP lideri Etibar Məmmədov  Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qızının toyunda "iştirakı” barədə belə "izahat verdi”. 

- Etibar bəy, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə tanışlığınız nə vaxtdan başlayır?

- Ramiz Mehdiyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin katibi işlədiyi dövrdə qiyabi tanımışam. Ondan sonra isə 1990-cı illərin ortalarında o, Prezident Administrasiyasında işləyən zaman siyasi proseslərlə bağlı müəyyən görüşlərimiz olub. Yəni şəxsi, yaxın münasibətlərimiz olmayıb... Başqa mənim onunla nə münasibətim ola bilər ki?..

- O qədər də tanınmayan saytlardan biri  guya sizin də Ramiz Mehdiyevin nəvəsinin "məşhur” toyunda iştirak etməniz barədə məlumat yayıb.  Xəbər yalnız bir başlıqdan və bir cümlədən ibarətdir:

"Etibar Hüsənli də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib )) 

AMİP-in  lideri  Etibar Məmmədov ( Hüsənli)  də Ramiz Mehdiyevin  nəvəsinin toyunda iştirak edib...”

- (Gülür) Xəbərim yoxdur bu yazıdan... İndi sizdən eşidirəm...
 
- Xəbər bir foto ilə müşayiət olunur. Fotoda siz cavan yaşınızdasız...  Restorana bənzər bir məkanda  Ramiz Mehdiyevlə görüşürsünüz, əl sıxırsınız.  Ramiz Mehdiyevin arxasında Prezidentin sabiq köməkçisi  Əli Həsənov dayanıb... Amma montaja oxşamır. Bəlkə yadınıza düşər, nə vaxtsa, hardasa belə bir  görüşünüz olub Ramiz Mehdiyevlə?.. 

- Hə... Yadıma düşdü... 1990-cı illərdə bir dəfə Ramiz Mehdiyev və Əli Həsənov partiyamızın bir tədbirində iştirak edib... Səhv etmirəmsə, 1995-ci il idi... Yox, dəqiq xatırladım – 1997-ci ildə...  AMİP-in yaranmasının 5 illiyi ilə bağlı "Sinema-klub” deyilən bir məkanda keçirilmişdi o tədbir...

- Ramiz Mehdiyev və Əli Həsənovu siz özünüz dəvət etmişdiniz, yəqin ki?

-Bəli, digər iştirakçılar kimi, Ramiz Mehdiyev və Əli Həsənovu da Prezident Administrasiyasının nümayəndələri kimi  özümüz dəvət etmişdik... Həmin tədbirə müxalifətli-iqtidarlı əsas siyasi sferanın nümayəndələri qatılmışdı. Yəni həm YAP rəhbərliyi, həm Müsavat, həm Xalq Cəbhəsi və s. Hətta  o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev də iştirak etmişdi bizim yubileyimizdə...

- Etibar bəy, ümumiyyətlə, bu məlum toy əhvalatından sonrakı ictimai-siyasi proseslərə necə yanaşırsız?

- Toy olub... Allah o gəncləri xoşbəxt eləsin... Digər məsələlər barədə mən heç nə demək istəməzdim... Ancaq orada inzibati pozuntular olub və onlara görə cəzalar da verilib... Ramiz Mehdiyevin özünün yaratdığı komandanın üzvləri özünə hücuma keçir... O da yaxşı bilməliydi ki, həmin sistemdə gərək yıxılmayasan, yıxıldınsa, hamı baltalayacaq səni... Yəni Ramiz Mehdiyev özünün yaratdığı sistemin cəfasını çəkir... 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol