Bakıda yeddi yaşlı uşağına işgəncə verən anadan polisə şikayət edildi

Bakı şəhərində yeddi yaşlı uşaq valideynlərindən biri tərəfindən təhqir və fiziki zorakılığın qurbanı olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Kişi bildirib ki, həmin gün keçmiş həyat yoldaşı E. Abdullayeva (1986-cı il təvəllüdlü) yeddi yaşlı oğlu Ömərə qəsdən xəsarət yetirib.
Onun sözlərinə görə, qadın uşağın əlini mətbəxdəki sobanın üstündə yandırıb.
İ. Abdullayev keçmiş həyat yoldaşının qəddar davranışlarının səbəbini izah edə bilməyib.
Məlum olub ki, valideynlər yardım üçün həkimlərə müraciət etməyiblər.
5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, kömək üçün onlara müraciət edənlərin siyahısına yeddi yaşlı Ömər Abdullayevin adı düşməyib.
Yeniyetmə qız atalığının əlindən qaçaraq kömək üçün qonşulara müraciət edib və onlar da öz növbəsində "102” xidmətinə məlumat veriblər.
Sosial şəbəkələrdə ictimailəşdirilən hadisə hüquq müdafiəçilərinin diqqət mərkəzindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























