• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc edilib

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc edilib
18.09.2020 10:19
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunaraq yayılıb.

Bu barədə anews.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda Xarici İşlər naziri bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.

Burada, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələmək, beləliklə də azərbaycanlı mülki əhalini terrorizə etmək siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu xüsusda, Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olunmuş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma "strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və Azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konkret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır.

Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol