• $
  • €
  • ₽
  • ₺
  • £

Şamil Ayrım İlham Əliyevlə görüşündən yazdı

Şamil Ayrım İlham Əliyevlə görüşündən yazdı
07.10.2020 14:07
Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 
Görüşdən sonra yayılan bir foto sosial şəbəkələrdə trendə çevrildi. Fotoda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan prezidenti İlham Əliyevin üzləri olduqca sevincli, məğrurdur. İlham Əliyev yumruq sıxıb, bir qalibiyyət jesti var.
 
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın Sosial Tədqiqatlar Mərkəzinə bu fotonun çəkildiyi anla bağlı danışıb:
 
"Fotoda Azərbaycan prezidenti son dərəcədə müsbət əhvaldadır. Azərbaycanın uğurları, milli ruhla mücadiləni davam etdirməsi, hər gün yeni əraziləri azad etməsidir onun bu sevincinə səbəb. Özü də 24 saat yatmadan bütün prosesləri izləyir. Bizim Xarici İşlər naziriylə ikilikdə görüşdükdən sonra birlikdə çıxdılar. Prezident İlham Əliyev qapıya qədər gəldi. Mən ona ən qısa zamanda inşallah hər şeyin yaxşı olacağını, Qarabağın azad ediləcəyini bildirdim. İlham Əliyev tezliklə Qarabağa Azərbaycan bayrağını bizim prezidentimizlə birlikdə sancacacaqlarını ifadə etdi”.

Şamil Ayırım Qarabağdan dünyaya mesajlarının nə olacağını da dilə gətirib:
 
"Bildirərik ki, bura bizim öz coğrafiyamız, tarixi Azərbaycan torpaqlarıdır. Bütün dünyaya bunun yayılmasını istəyirik. Biz bu torpaqlarda sülhün, sabitliyin hakim olmasını istəyirik. Əlinizi buradan çəkin! Buraxın insanlar dostcasına yaşasınlar, qonşuluq əlaqələrini inkişaf etdirsinlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol