• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağdərə qanlı sıyığa dönüb, kömək gəlmir" - Erməni hərbçi

"Ağdərə qanlı sıyığa dönüb, kömək gəlmir" - Erməni hərbçi
08.10.2020 16:22
Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır.

Anews.az xəbər verir ki, Rusiyanın Znak.com saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.

Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.

Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.
Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir:

"Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.

Reportyor ermənilərin döyüşmək istəmədiklərini vurğulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib:

"Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: "Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”

Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:

"...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.
Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: "Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.

Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.

Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır. "Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib. (Musavat.com)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol