• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan hərbi vəziyyət rejimini sərtləşdirdi

Ermənistan hərbi vəziyyət rejimini sərtləşdirdi
09.10.2020 08:43
Ermənistanda Dağlıq Qarabağdakı hərbi əməliyyatlar səbəbindən sentyabrın 27-də tətbiq edilmiş hərbi vəziyyət rejimi, əlavə məhdudiyyətlər tətbiq edilərək, daha da sərtləşdirilib. "RİA Novosti” xəbər verir ki, bu barədə hökumət saytında bildirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Ermənistanın müdafiə qabiliyyətini şübhə altına alan verilişlər yayımlamaq olmaz. "Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”,-Nazirlər Kabinetinin qərarında deyilir.

Müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti informasiyanın yayılmasının dayandırılması, çap avadanlığının, radio və audio yayım texnikasının, surətçıxarma aparatlarının müvəqqəti götürülməsi və ya və ya üzərinə həbs qərarı qoymaq səlahiyyətlərinə malik olan Ermənistan polisi həyata keçirəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol