• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur Türkiyə aktyoru Azərbaycan Ordusuna dəstək oldu

Məşhur Türkiyə aktyoru Azərbaycan Ordusuna dəstək oldu
13.10.2020 15:37
"Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur Türkiyə aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında Azərbaycan ordusuna, xalqına dəstəyini ifadə edib. Məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:
 
"Bir millət, iki dövlət” əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam.
 Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm.
Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.
 
Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: "İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”. Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol