• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Mirkişili: “ƏRAZİ əvəzinə SÜLH”

Tahir Mirkişili: “ƏRAZİ əvəzinə SÜLH”
14.10.2020 17:20
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqına müraciət edib.
 
Müraciətlə bağlı Milli Məclisin millət vəkili Tahir Mirkişili fikir bildirib.
 
Anews.az deputatın fikirlərini təqdim edir:
 
"Müraciətdəki etiraflardan bəlli olur ki, ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar. Çıxış zamanı Paşinyan maraqlı etiraflar da edib. Məlum oldu ki, Azərbaycan tərəfindən aparılmış diplomatik fəaliyyətin nəticəsində Paşinyan hakimiyyətə gələndə bu vəziyyətlə qarşılaşıb. İşğal olumuş 5 rayonu qaytarmaq, sonra isə 2 rayonun qaytarılması qrafikini müəyən etmək, daha sonra Qarabağın Azəbaycan tərkibində statusunun müəyyən olunması ilə razılaşmaq. Yəni işğal olunmuş rayonlar status əvəzində deyil, sülh əvəzində geri qaytarılmalı idi. Əks halda müharibə olacaq. Yəni Ermənistan düşünürdü ki, işğal olunmuş rayonları geri verməklə əvəzində Dağlıq Qarabağın müstəqillik statusunu Azərbaycandan alacaq. Amma onlara təklif edilən - ərazilərin əvəzində sülh olub
Paşinyan hökuməti bu şərtlərdən imtina edib. Yəni dolayı yolla müharibə yolunu seçib. Və bu gün də o seçimin acı nəticəsini yaşayırlar. Azərbaycanın indi də şərti əvvəlki kimidir: "ərazi əvəzinə sülh”. Yəni, ərazilərimizi tərk edin, əvəzində sülh alın.

Paşinyan vəziyyətin çox çətin olduğunu, böyük itkilərin olduğunu etiraf edərək bu vəziyyətin ermənilərin birləşməsi üçün əsas siqnal olmalı olduğunu dedi. Mübarizələrinin nəticəsinin müstəqil Qarabağ olmalı olduğunu deyən Paşinyan rəşadətli Azərbaycan Ordusu üçün mühüm imkanlar yaratdı. İnşallah kapitulyasiya masasında görüşənədək!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!"

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol