• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail səfiri Mingəçevirdəki İES-ə baş çəkib

İsrail səfiri Mingəçevirdəki İES-ə baş çəkib
23.10.2020 15:33
Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqaz regionunda ən böyük olan "Azərbaycan” istilik elektrik stansiyasında (İES) olub.

Bu barədə Anews.az-a "Azərenerji” ASC-dən məlumat verilib.

Xatırladaq ki, bu ay erməni silahlı birləşmələri dəfələrlə şəhərə, ələlxüsus enerji obyektlərinə ballastik raketlər atıb. Həmin raketlərin əksəriyyətini Hərbi Hava Qüvvələri zərərsizləşdirib, 2 ədəd raketin hissəsi isə oktyabrın 4-də və 11-də "Azərbaycan” İES-in ərazisinə düşüb.

Səfir əvvəlcə İES-in ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub, daha sonra stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.

Səfər zamanı "Azərenerji”nin və stansiyaların mütəxəssisləri buradakı fəaliyyət, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verib.

Sonra səfir "Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol