• $
  • €
  • ₽
  • ₺
  • £

"Dinc qayıdış üçün təxminən 30 ildir danışıqlar aparırıq" - Ceyhun Bayramov

"Dinc qayıdış üçün təxminən 30 ildir danışıqlar aparırıq" - Ceyhun Bayramov
23.10.2020 16:12
"Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri Gəncəyə erməni skud raketləri atılıb. Hücum gecə vaxtı yaşayış binaları və günahsız ailələri hədəf alıb. Hadisə nəticəsində on dörd mülki şəxs həlak olub, 40 nəfər isə ağır yaralanıb”.

Anews.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın "Washington Times” qəzetinə deyib.

"Bu ikinci hücum üçüncü də ola bilərdi. Ötən həftə hərbi kəşfiyyat bildirib ki, Ermənistanın raket batareyası şəhərə zərbə endirmək məqsədilə sərhədə doğru irəliləyib. Ermənistan Müdafiə Nazirliyindən xüsusi icazə tələb olunaraq planlaşdırılan hücum əvvəlki kimi yalnız ölkə rəhbərliyinin birbaşa əmrləri ilə gerçəkləşə bilər.

Həmin raket batareyasını məhv etməkdən başqa bir seçim yox idi. Ancaq hərbi obyektə zərbə endirməklə dinc əhalini "SKAD” raketi ilə qəsdən hədəfə almaq arasında fərq var. Gəncə işğal altındakı Dağlıq Qarabağdan uzaqda yerləşir.

Həmçinin bu münaqişə barədə məlumat və əslində nə olması arasında fərq mövcuddur. Əslində bu, Azərbaycan ərazisindəki müharibədir. Bu, Ermənistanın işğalı və iyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğalı ilə baş verib. Münaqişə zonasında olmayan Gəncəni də hədəfə almaqla münaqişənin ərazisi böyüyür.

Azərbaycanın 20 %-nin qanunsuz işğalı ilə nəticələnən 1988-1994-cü illər müharibəsindən bəri dinc qayıdış üçün təxminən 30 ildir danışıqlar aparırıq. Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa riayət etməyərək işğalçını sakitləşdirmə mövqeyi tutması məyusedicidir”, - o qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol