• $
  • €
  • ₽
  • ₺
  • £

BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı

BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
29.10.2020 17:58
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni hərbçilərinin meyitlərinin və bir mülki şəxsin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yayıb.

Anews.az-a daxil olan açıqlamada deyilir:

Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərdi.

Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutdu. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.

Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.

"BQXK, özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin, ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olur” deyə Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirir.

"Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin həyatlarına davam edə bilməsi üçün həlak olmuş şəxslərin dəfni zəruridir”.

Cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilmişdir.
Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.

BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi.

"Bu cür əməliyyatlar aidiyyəti ailələr üçün olduqca əhəmiyyətlidir. Öz əzizlərinin cəsədlərini ala bilməyən ailələr həm itkinin, həm də qeyri-müəyyənliyin səbəb olduğu ağrı ilə yaşamaq məcburiyyətində qalır. Əzizlərinin olduğu yer və onların taleyindən bixəbər olmaq əsl əzab-əziyyətdir” deyə Şüepp bildirir.
"Ümid edirik ki, ailələr aparılmış əməliyyat nəticəsində müəyyən sonluq əldə biləcək. Onlar, əzizlərini öz adət-ənənələrinə uyğun dəfn edərək onlarla vidalaşa biləcək”.

"Tərəflər bu növ əməliyyatların həyata keçirilməsi barədə qərar verdikdə BQXK bu əməliyyatlarda yenə də iştirak etmək hazırlığını bildirir.”

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərmişdir. BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol