• $
  • €
  • ₽
  • ₺
  • £

İran XİN rəhbəri: “Plan həm də işğalçıların oradan çıxarılmasını nəzərdə tutur”

İran XİN rəhbəri: “Plan həm də işğalçıların oradan çıxarılmasını nəzərdə tutur”
01.11.2020 13:09
"İran Dağlıq Qarabağ bölgəsində gərginlik başlayandan etibarən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə kimi regional ölkələrlə danışıqlar aparır”, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. 


"Müharibə daha çox bölgə ölkələrinə ziyan vuracaq və inanırıq ki, məhz bu səbəbdən bölgə ölkələri müharibəni bitirmək üçün ən böyük təsiri göstərə bilər. Bu çərçivədə və Minsk kimi digər mexanizmlərlə dialoqları və hədəfləri izlədik. Planımızın vacib xüsusiyyətlərindən biri də onun müvəqqəti atəşkəslə əlaqəli olmamasıdır. Əksinə, hər iki tərəfin bəzi prinsiplərə sadiq qalması ilə başlayacaq bir çərçivədə fərqləri həll etməyə doğru irəliləməkdir. Tədbirlər xüsusən işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur”, - deyə XİN rəhbəri qeyd edib.


Zərif bildirib ki, insan hüquqlarının təmin edilməsi, gediş-gəliş yollarının yaradılması və bölgə ölkələrinin sülh planının icrası prosesi üzərində nəzarət Tehranın təşəbbüsünün digər məqamları arasındadır.


O qeyd edib ki, İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə plan təklif edib və hazırda İran bu ölkələrin ona cavabını gözləyir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol