• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar

Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar
04.11.2020 16:32
Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar.

Anews.az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "UAZ” markalı avtomobildən bir ədəd "Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub.

Başqa bir məlumata görə, Vaysk Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan qayıdan avtomobildə aparılan yoxlama zamanı "Kalaşnikov” avtomatı, süngü-bıçaq, avtomat silahın 15 ədəd darağı, 700-dən artıq patron, tüfəng və başqa silah-sursat aşkarlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qarabağdan Ermənistana qayıdan avtomobillərdə bir qayda olaraq silah-sursat aşkar edilir.

Ekspertlər vurğulayıblar ki, bu şəxslər döyüşdən imtina edən, könüllü adı altında Qarabağa zorla döyüşə aparılan Ermənistan vətəndaşlarıdır. Silaha görə gələcəkdə cinayət işi məsuliyyətinə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün onlar silahı da özləri ilə aparırlar.

Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı vətəndaşları xəbərdar edib. Bu qurumlar silah-sursatın döyüş bölgəsində olmasının vacibliyini vurğulayıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol