• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağla bağlı razılaşmalar qüvvədə qalacaq" - Lavrov

"Qarabağla bağlı razılaşmalar qüvvədə qalacaq" - Lavrov
12.11.2020 15:11
"Bu gün Ermənistandakı etirazları, müxalifətin bu məsələdən sui-istifadə cəhdlərini görürük”.

Anews.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: "Yeddi rayonun bir ay bundan əvvəlki vəziyyətdə əbədi qalacağına dair hər hansı xəyallar yersizdir. Fikrimcə, əldə edilmiş razılaşmalara əsasən, hökumət bu torpaqların nə vaxtsa geri qaytarılacağını insanlara başa salmalı idi. O zaman qan da tökülməzdi”.

"Biz istərdik ki, bu münaqişə ATƏT-in Minsk qrupu həmsədrlərinin prinsiplərinə əsasən bundan xeyli əvvəl həll olunsun. Azərbaycan prezidenti də dəfələrlə bu barədə danışıb, həmsədrlərin təkliflərini yerinə yetirməyə hazır olduğunu bildirib. Bu yolla getsəydik, nəticə təqribən indiki kimi, amma qansız-qadasız olar, siyasi həllə əsaslanardı”, – XİN başçısı söyləyib.

Rusiyalı nazir Azərbaycanla Ermənistan arasındakı bütün yolların açılmasının da mühüm əhəmiyyət daşıdığını qeyd edib:

"Bu, bütün region üçün, ilk növbədə Ermənistan üçün çox mühümdür. Məhz bu ölkə Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanması nəticəsində ticarətin olmaması üzündən ən çox zərər çəkib. Bütövlükdə, hər kəs udacaq. Əminəm ki, Ermənistan hökuməti də öz xalqının mənafeyini rəhbər tutaraq öz məsuliyyətini dərk edir. Odur ki, əldə edilən razılaşma bütövlükdə qüvvədə qalaraq yerinə yetiriləcək”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol