• $
  • €
  • ₽
  • ₺
  • £

"Google maps"da Azərbaycana qarşı təxribat

"Google maps"da Azərbaycana qarşı təxribat
29.05.2020 07:27
“Beynəlxalq axtarış sistemi olan "Google"nin "Google maps" xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib”. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, mərkəz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir: “Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir”.O da qeyd edilib ki, bu  "Google" tərəfindən edilən birinci təxribat deyil: “Bundan əvvəl də belə hallar baş verib və tərəfimizdən təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.Təəssüf hissi ilə bildirmək istəyirik ki,  "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol