• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi...

Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi...
01.12.2020 10:35
Laçının azad olunması ilə 90-cı illərdə yaranmış hərbi-siyasi vəziyyət ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısı yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi.
 
Artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır. Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.

10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geopolitik, eləcə təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək.

İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir.

Onu da qeyd edək ki, "Laçın dəhlizi''nin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strkuturun hər hansı qalıqlarını qoruyub saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, elə bu gündən başlayaraq, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır. Yəni, dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır.

Qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütüövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər.

Əks halda Ermənistanın regional missiyasını revanşizmdə, yaxud hərb partiyası adı altında şərti bir qüvvənin hazırki rejimi devirməsi hesabına formalaşacaq yeni hakimiyyətin ənənəvi xəttə qayıdışı baş verərsə, onda 3-cü müharibə artıq Qarabağ ətrafında deyil, ''ermənisiz Qafqaz'' hədəfi və yekunu uğrunda gedəcək!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol