Ərdoğan Türkiyə-Ermənistan münasibətlərindən danışıb

"Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq".
Anews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir: "Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























