• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin ailələrinə hər ay 500 manat ödəniləcək

Bu şəxslərin ailələrinə hər ay 500 manat ödəniləcək
24.12.2020 17:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.


Anews.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclasın 2020-ci il Rəyasət Heyətinin sonuncu toplantısı olduğunu qeyd edib.


İclasda dekabrın 28-də Azərbaycan Respublikasında Vəkil Gününün peşə bayramı kimi qeyd olunması ilə bağlı bəzi məsələlər Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırılıb. Vəkillər Kollegiyasının onlayn konfransının təşkili barədə məlumat verib və yığıncağın təşkili üçün komissiyanın yaradılması qərara alınıb.


Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib. Həmçinin yeni vəkil bürosunun təsis olunması və sair müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.


Rəyasət Heyətinin Vətən müharibəsi ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərin tərxis olunanadək onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyəsi, o cümlədən həmin vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul etdiyi diqqətə çatdırılıb. İclasda 28 dekabr - peşə bayramı münasibətilə həmin yeddi vəkilin "Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunması və ailələrinə əlavə daha 500 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı qərar qəbul edilib.




Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin 2021-ci il yanvarın 18-i saat 00:00-dək uzadılmasını nəzərə alaraq Vəkillər Kollegiyasının üzvləri 2021-ci ilin yanvar ayı üzrə də Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqından azad olunması barədə qərar qəbul olunub.


Qeyd edək ki, vəkillər cari ilin iyul və dekabr aylarında da üzvlük haqqından azad olunublar. O cümlədən COVID-19 virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.


Daha sonra Bakıda və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiqlənib.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol