• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şagirdlərə imtahanlarda güzəşt EDİLƏCƏK

Bu şagirdlərə imtahanlarda güzəşt EDİLƏCƏK
29.12.2020 10:35
Vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Dövlət İmtahan Mərkəzi buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının "Şagird-məzun” sisteminə əlavə edilməsi ilə bağlı bir sıra dəyişikliklər edib.


Anews.az həmin dəyişiklikləri təqdim edir:


- Fərdi məlumatları "Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;


- 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq;


- Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.


Xatırladaq ki, dekabrın 14-dən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol