• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Güləliyevi maşınla vuran şəxsə hökm oxundu

Oqtay Güləliyevi maşınla vuran şəxsə hökm oxundu
26.01.2021 17:46
Yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayının 29-da Bakıda, piyada keçidinin üzərində avtomobillə vurulub.
 
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Cərrahi əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. O.Gülalıyevi vuran avtomobilin sürücü qəzanın ehtiyatsızlıqdan baş verdiyini deyib. Sonradan Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Gülalıyev ötən il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol