• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: ”Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”

Zahid Oruc: ”Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”
01.02.2021 11:41
"Biz Zəfər salnaməmizin 83-cü gününü yaşayırıq. Dünya və Azərbaycan xalqının hərb tarixində parlaq səhifəyə çevrilən "Qarabağı azad etmə”  əməliyyatından zaman keçdikcə qısa vaxtda, minimum itki ilə ən böyük nəticə qazanan bir millətin tarixi nailiyyətinin nə qədər əzəmətli olduğunu görürük, digər tərəfdən, Qələbəmizə hücumlar da sistemli, planlı və amansız xarakter daşıyır. Sadə dillə desək, hərbi meydanda bizi məğlub edə bilməyənlər, ölkəmizi, o da olmasa düşüncələrimizi 26 sentyabra qaytarmağa cəhd edərək, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurumuzu əlimizdən almağa cəhd edir, tarixi zəfərimizi gözdən salmağa, onu təhrif etməyə, yaxud müxtəlif sosial-iqtisadi problemlərin fonunda adiləşdirməyə çalışırlar”.

Bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib. O bildirib  ki, qələbəmizin təbliği, simvollaşdırılması və gerçək mifologiyasını qurmaq üçün mütləq Dövlət Komissiyasımı yaradılmalıdır?: "II dünya müharibəsindən sonra Stalin bütün yazıçılara, qələm adamlarına, mədəniyyət və incəsənət xadimlərinə, universitet və tədqiqat institutlarına-bir sözlə, ideoloji işə aid olan bütün qurumlara tapşırıq verirdi ki, faşizm üzərində qələbəni tərənnüm etsinlər. Biz 21-ci əsrin başqa olduğunu deyirik. İndi Yazıçılar Birliyi, universitetlər, institutlarımız, mədəniyyət və incəsənət ordumuz  dövlət sifarişi almadan böyük əsərlərin yaradılmasını, qələbə simfoniyalarının bəstələnməsini, tarixi romanların, povestlərin yazılmasını, əzəmətli filmlərin çəkilməsini və işğal dövründə yazılmış dərsliklərimizin yenilənməsini də Prezident tapşırığı ilə dəyişdirməyi gözləyirsə, onda gəlin, təşəbbüs göstərək xüsusi Dövlət Komissiyası yaradılsın.  Xatırladaq ki, Türkiyə 1453-cü ildən bu yana İstanbulun fəthini coşqu ilə qeyd edir, britaniyalılar 216 ildir onlara dəniz hökmranlığı gətirən Trafalqar zəfərini unutmağa qoymurlar. Çünki  müharibədə qələbə qədər milləti böyüdən, formalaşdıran və ona ruh verən ikinci böyük hadisə yoxdur. Azərbaycan xalqı da müharibədən sonra yeni milli kimlik və yeni milli yüksəliş imkanı əldə edibdir”.

Komitə sədri onu da bildirib  ki, qələbəmizin, qəhəmanlarımızın təbliğini illərlə, sistemli şəkildə aparmalıyıq, bunun ideoloji, həmçinin praktiki əsaslarını işləyib hazırlamalıyıq. Biz qəhrəmanlarımızın ölməz, işıqlı əməllərini ədəbi yaşatmağa təminat verən proqramlar yazmalıyıq.Qələbə kultunun getdikcə gücləndirilməsi son dərəcə vacibdir:

"Qələbəmizi qorumaq Vətəni canı ilə müdafiə etməkdir, igid və qəhraman şəhidlərimizlə, əsgər və zabitlərimizlə bir sırada olmaqdır, onlarla vahid səngəri bölüşməkdir. Daha çox qəhrəmanlar yetirmək istəyiriksə, belə etməliyik.

Bir tarixi misal yerinə düşər-çar 2-ci Nikolayın dövründə Rusiya imperiyası beynəlxalq diplomatik mövqeyinə görə güclü idi, ordu və maliyyə imkanları da yaxşıydı, lakin daxil ictimai-siyasi mühit acınacaqlı oldugundan imperiya dağıldı. Stalinin vaxtında isə SSRİ-nin beynəlxalq mövqeyi zəif, ordusu və maliyyəsi yetərsiz olmasına baxmayaraq, yalnız daxili ideoloji, siyasi birlik və xalqın səfərbərliyi ilə Sovetlər faşizm üzərində qalib gəldilər.

Qələbə ruhunu, azad olunan ərazilərimizə Böyük qayıdışa, Böyük Quruculuq işlərinə və beləliklə, Böyük Azərbaycanın yaradılmasına yönəltməyi bacarmalıyıq. Bəli, Qələbəmizin iqtisadi-sosial, mənəvi-maddi baxımdan xidməti olan hər bir insana faydası olmalıdır. Onlar haqlı olaraq, özlərinə diqqət və qayğı tələb edirlər. Biz ümidvarıq ki, Qaradağ rayonu ərazisində Xiyaban niyyətilə dəfn edilmiş şəhidlərə sonda onların ailə üzvlərinin istədiyi şərait yaradıldığı kimi, Qalib Ordunun hərbi qulluqçularına  da əvvəlki kimi, təhlükəli ərazilərdə, düşmənlə üzə-üzə olduqları hərbi mövqelərdə xidmətlərinə görə ikiqat ödəmələr davam etdiriləcəkdir.
 
Digər tərəfdən, hamımız bilirik ki, azad edilən ərazilərimizdə də hərbi memoriallar salınacaqdır. Çünki dünyadan nisgilli gedən köçkünlərimizin çoxu  onların nəşinin doğma torpaqlara köçürülməsi arzusunu qoyub gediblər. Bu gerçəkdən də heç bir xalqın həyatında görünməmiş hadisədir. Ona görə də Millətimizin Qələbəsinə edilən hücumların döyüş meydanlarındakı qəsdlərlə eyni məqsədi daşıdığını unutmamalıyıq.
Ermənistan haqsız və işğalçı olduğu üçün qələbəsini təbliğ və müdafiə edə bilməzdi.
Biz haqlıyıq və bacaracağıq!”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol