• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin sərəncamını onlar icra edəcək - Siyahı

Prezidentin sərəncamını onlar icra edəcək - Siyahı
03.02.2021 20:17
Baş nazir Əli Əsədov "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Anews.az-ın xəbərinə görə, bu məqsədlə aşağıdakı tərkibdə komissiya yaradılıb:
Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Maliyyə naziri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Energetika naziri
Kənd təsərrüfatı naziri
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ekologiya və təbii sərvətlər naziri
Ədliyyə naziri
Təhsil naziri
Səhiyyə naziri
Gənclər və idman naziri
Mədəniyyət naziri
Nazirlər Kabineti Aparatının rəhbəri
Mərkəzi Bankın sədri 
Dövlət Neft Fondunun icraçı direktoru
Dövlət Gömrük Komitəsinin sədri
Dövlət Statistika Komitəsinin sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Dövlət Turizm Agentliyinin sədri
Baş nazirin köməkçisi.

Müəyyən edilib ki, komissiya "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.

İqtisadiyyat Nazirliyi strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməlidir.
15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməlidir:

Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması;

Qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı.

Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməlidir.

Görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməlidir.

Bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadi Şurasının Katibliyinə tapşırılır ki, Strategiyadan irəli gələn məsələlərin İqtisadi Şurada  mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.

Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol