• $
  • €
  • ₽
  • ₺
  • £

“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov

“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov
11.02.2021 21:18
"Türkiyə ilə təlimlər keçirməyin qürurunu yaşayırıq. Təlimlər əməkdaşlıq və koordinasiyasını təmin etmək, qar və şiddətli soyuqda hərəkət imkan və qabiliyyətlərini yoxlamaq məqsədilə keçirilib”.

Anews.az Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qars şəhərində keçirilən "Qış təlimi-2021” birgə təlimləri çərçivəsində "Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışı zamanı deyib.

"Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə ordusunun təcrübələrindən yararlanmaq bizim üçün önəmlidir”, - nazir qeyd edib.

Z.Həsənov Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub edərək, torpaqlarımızın işğalına son qoyduğunu bildirib, müharibədə Türkiyənin hər zaman yanımızda olduğunu bəyan edib:

"Müharibə zamanı Türkiyə öz siyasi mövqeyini ortaya qoydu və bizim yanımızda oldu. Türkiyə bu mövqeyi ilə dünyaya bu mesajı verdi: "Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.
Türkiyənin yanımızda olması bizi qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək, işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”.

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi:

"Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında zəfər keçidindən keçdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə dəstəyini göstərdi”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iki ölkə arasındakı əlaqələr, qış təlimlərinin əhəmiyyətindən danışıb:

"Bütün dünya bird aha gördü ki, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri təminatı, peşəkar heyəti ilə hər cür vəzifəni quruda, dənizdə, havada, qış, yay, dağda, dərədə icra edəcək gücdədir. Ölkələrimizin və Türk millətinin müdafiəsi, təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə hər kəsin inanmasının zəruriliyini bir daha göz önünə sərmiş olduq”.

H.Akar bildirib ki, Türkiyə və Azərbaycan qardaşılığının sadəcə sözdə olmadığını Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün gerçəkləşdirdiyi əməliyyatlarda bir daha nümayiş etdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol