• $
  • €
  • ₽
  • ₺
  • £

Ataların prenatal qayğıya cəlb olunması mövzusunda təlimlər başa çatıb

Ataların prenatal qayğıya cəlb olunması mövzusunda təlimlər başa çatıb
27.05.2021 12:15
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və "Gənc Psixoloqlar” İctimai Birliyi (GPİB) ataların prenatal qayğı sahəsində rolunu artırmaq məqsədilə səhiyyə işçiləri üçün təlimlər təşkil edib. 

13-24 mart tarixlərində keçirilən təlimlərdə Azərbaycanın üç bölgəsindən – Abşeron, Ağcabədi və Gəncədən olan həkimlər iştirak edib. Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.


Hər bölgədə iki gün davam edən təlimlərə ümumilikdə 30 həkim qatılıb. Təlimlər proqram çərçivəsində hazırlanmış "Səhiyyə mütəxəssisləri üçün Təlim Paketi” əsasında təşkil olunub. Təlimlər hər modulda bir neçə sessiya olmaqla üç moduldan ibarət olub. Modullar gender və sağlamlıq, kişilərin prenatal qayğıya cəlb edilməsinə dair dəlillər və təcrübələr, siyasi iradə və institusional dəyişiklik mövzularını əhatə edib.

İctimai səhiyyə mütəxəssisləri tərəfindən interaktiv şəkildə tədris olunan təlimlərdə həkimlər müxtəlif qrup işləri və rol oyunları vasitəsilə aktiv fəaliyyətə cəlb olunublar. Həmçinin iştirakçılar üçün xəstəxana gəzintisi təşkil olunaraq müvafiq şöbələrin ataların prenatal qayğıya cəlb olunması baxımından müyəssərliyi qiymətləndirilib. Təlimlərin sonunda həkimlərin təklifləri əsasında fəaliyyət planı hazırlanaraq müvafiq xəstəxananın rəhbərliyinə təqdim edilib.
Sonda təlimlərdə müvəffəqiyyətlə iştirak edən səhiyyə mütəxəssislərinə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində təlim paketi və ataların prenatal qayğıya cəlb olunmasını təşviq edən maarifləndirici buklet hazırlanıb. 

Proqram haqqında:

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol