• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərindən danışıb

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərindən danışıb
05.11.2021 14:09
"Son aylar Azərbaycanla İran arasındakı münasibətlərdə bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq. İstənilən iki ölkə arasında, o cümlədən digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər. Bu, istisna deyil".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O, rəsmi Bakının belə ziddiyyətli məqamların həlli ilə bağlı mövqeyini açıqlayıb: "Azərbaycanın mövqeyi odur ki, fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yolları tapılmalıdır. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqlarımız oldu. Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr apardıq. Hesab edirəm ki, həmin məsələlər istiqamətində müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətlərimizin rifahı üçün layihələr icra edə bilərik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol