• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur yollarında hazırda vəziyyət necədir?

Zəngəzur yollarında hazırda vəziyyət necədir?
16.11.2021 10:21
Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra isə Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub. 

Sözügedən tədbirlər nəticəsində Zəngəzur bölgəsindən 6 erməni kəndi təcrid vəziyyətində qalıb. Bunlar Çakaten, Sraşen, Şikaox, Nerkin And, Çav və Şişkert kəndləridir.

Ermənistan mediası yazır ki, hazırda bu kəndlərə Qafan-Mehri dövlətlərarası avtomobil yolu ilə getmək mümkün deyil. Oraya yalnız uzun dolama yol qət edərək getmək mümkündür.

Bütün bunlar isə ölkənin Baş naziri Nikol Paşinyanın "Zəngəzur Dəhlizi” anlayışından nə dərəcədə qorxmasından irəli gəlir.

Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında Azərbaycan tərəfinin Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmasına münasibət bildirib. Paşinyan qeyd edib ki, erməni tərəfi sözügedən yollardan heç bir maneəsiz istifadə edə bilsə, bu, "dəhliz məntiqi”nə uyğun olardı. Hansı ki, onun sözlərinə görə, Ermənistan üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki, belə olduğu təqdirdə Azərbaycan da Naxçıvana rahatlıqla hərəkət imkanı əldə etmiş olardı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol