• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İranın rəsmiləri görüşəcək

Azərbaycan və İranın rəsmiləri görüşəcək
17.11.2021 16:45
Azərbaycan və İranın enerji üzrə nümayəndələrinin "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyaları üzrə görüşü nəzərdə tutulur.
 
Anews.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında keçirilən növbəti iclasında məlumat verilib.
 
Məlumata görə, iclasda Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib. Həmçinin birgə texniki komissiyanın növbəti görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dır. O cümlədən "Xudafərin” SES-in gücü 200 MVT, "Qız Qalası” SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol