• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı danışıb

İlham Əliyev Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı danışıb
26.11.2021 16:48
"Soçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.

"Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.

Ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.

Bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiyası hökumətinin yüksək nümayəndələrinin, həmçinin rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu işlər gələn il də davam etdiriləcək və yaxşı nəticələr əldə olunacaq”, - Azərbaycan Prezidenti söyləyib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol