İran polisi Qarabağın azad olunmasını dəstəkləyən fəalın atası evində axtarış apardı

İranın təhlükəsizlik qüvvələrinin dekabrın 5-i axşam saatlarında Ərdəbil sakini, cənubi azərbaycanlı fəal Möhsün İsməili Əqdəmin atası evində axtarış keçirdiyi iddia edilir.
Bu barədə "Azad İran" teleqram kanalı xəbər yayıb. Verilən məlumata görə, təhlükəsizlik qüvvələri fəalın ailəsini övladlarını tutmaqla hədələyərək evdə axtarış aparsa da, Möhsün İsməilini evdə tapa bilməyiblər.
Möhsün İsməili Əqdəm əslən Ərdəbildəndir və hazırda Tehranda yaşayır. Bundan öncə də o, dəfələrlə təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılıb və dindirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















