• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Mher Qriqoryanın bəyanatına cavab - “Söhbət gedə bilməz”

Bakıdan Mher Qriqoryanın bəyanatına cavab - “Söhbət gedə bilməz”
22.12.2021 23:24
Bakı Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Naxçıvandan İrana dəmir yolu xəttinin açılmasına hazırlıqla bağlı bugünkü bəyanatına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, diplomatik mənbələrdən virtualaz.org-a daxil olan məlumata görə, Qriqoryan Ermənistan ictimaiyyətini çaşdırmağa çalışır.

Azərbaycan və Ermənistan arasında kommunikasiya marşrutlarının açılması və bərpası məsələsi ilə bağlı danışıqlar prosesində Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, Ağbənd-Meğri-Naxçıvan yeni dəmir yolu istifadəyə verilməzdən əvvəl Ermənistanın İranla əlaqəsini bərpa etməkdən söhbət gedə bilməz.

Naxçıvan vasitəsilə. Eyni prinsip digər istiqamətlərdə kommunikasiyaların bərpasına da aiddir. Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri arasında Moskva məsləhətləşmələri formatında aparılan danışıqlarda Azərbaycan hökuməti Mher Qriqoryana öz mövqeyini çatdırıb.

Daha əvvəl Qriqoryan jurnalistlərə bildirib ki, regional kommunikasiyaların açılması üzrə İşçi qrupu Yeraşx-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.

O qeyd edib ki, müzakirəyə çıxarılan variantlardan biri də odur ki, Meğri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiya açılsın.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol