• $
  • €
  • ₽
  • ₺
  • £

Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
23.12.2021 20:30
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Anews.az xəbər verir ki, məktubda deyilir:


"Möhtərəm cənab Prezident,


Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.


Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.


Eyni zamanda qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur.


Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dövlət başçıları tərəfindən "Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar.


Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir.


Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol