• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti Qarabağla bağlı qərar verdi

Nazirlər Kabineti Qarabağla bağlı qərar verdi
23.12.2021 17:37
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 10 dekabr 2021-ci il 10 dekabr tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.


Anews.az-ın xəbərinə görə, qərarda deyilir:


1. İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:


1.1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;


1.2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


2. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


3. Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Neft Şirkəti, "Azərenerji” ASC, "Azərsu” ASC və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


6. Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


7. Bu Sərəncamın 1-ci, 2-ci hissələrinin icrası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinə, 3-cü, 4-cü hissələrinin icrası Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə, 5-ci hissənin icrası Sosial məsələlər şöbəsinə və 6-cı hissənin icrası Sənaye və energetika şöbəsinə həvalə edilsin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol