Şəhidlər Xiyabanında Ermənistan bayrağı ilə bağlı qarşıdurma

Şuşanın işğalı günü ilə əlaqədar Qarabağ Azadlıq Təşkilatı (QAT) Şəhidlər Xiyabanını ziyarət edir. Hafta.az-ın əməkdaşının verdiyi məlumata görə, ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri qoyaraq yad ediblər. QAT sədrinin müavini Cəfər Nəsib başda olmaqla, təşkilatın 5-ə yaxın üzvü Ermənistan bayrağını yandırmağa cəhd göstərib. Onlar xiyabanda bayrağa od vurmağa çalışsalar da, polis işçiləri buna mane olub. Polis müdaxilə edərkən, etirazçılara bayrağı yandırmaq üçün başqa yer seçməyi məsləhət görüb. Bundan sonra təşkilat üzvləri və polislər arasında qarşıdurma yaranıb. Etirazçılar xiyabanı tərk etmək istəmirlər. Buna baxmayaraq, etirazçılar bayrağa od vurublar. Hafta.az-ın xiyabanda olan əməkdaşının verdiyi məlumata görə, bayrağı bir qadın yandırıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















