• $
  • €
  • ₽
  • ₺
  • £

"Tərtər işi"ndə cinayətləri ilk ifşa edən fəallardan biri həbs edilib

"Tərtər işi"ndə cinayətləri ilk ifşa edən fəallardan biri həbs edilib
31.01.2022 11:26
"Tərtər işi"nin fiqurantlarına qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirən hüquqşünas İlham Aslanoğlu (Təhməzov) böhtan ittihamı ilə 5 ay müddətinə həbs edilib,bu barədə Turan-a politoloq Ərəstun Oruclu bildirib.


Onun sözlərinə görə, yanvarın 28-də Yevlax rayon məhkəməsi Aslanoğlunu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.


İş üzrə iddiaçı 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyevdir.


Onun iddiasına Aslanoğlunun sosial şəbəkələrdə 2017-ci ildə Tərtər işi üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə V.Quliyevin əli olması barədə bəyanatı səbəb olub. Aslanoğlu A.Sabirlinin atasına istinadla belə bir bəyanat verib.


Politoloq Orucoğlu qeyd edib ki, Aslanoğlunun həbsi "Tərtər işi" üzrə yeni cinayət icraatı təyin edilməsinin tamamilə əks nəticələr verdiyini göstərib.


"Cinayət icraatının bərpa olunmasından ay yarım keçib. Amma indiyədək heç kim həbs edilməyib, baxmayaraq ki, təqsirkarlar məlumdur. Əksinə, bu cinayətləri ilk olaraq ifşa edən insanı həbs ediblər", deyə Oruclu Turan-a bildirib.


O hesab edir ki, maraqlı qüvvələr bu işi ört-basdır etməyə çalışırlar və ölkə rəhbərliyi müdaxilə etməsə və ədalətin bərpa edilməsini təmin etməsə, cəmiyyətin dövlətə qarşı etimadı tamamilə sarsılacaq.


"Çünki "Tərtər işi" sadəcə olaraq cinayət deyil, xalqın mövcudluğuna qəsddir", deyə Oruclu bildirib.


 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçunun və mülki şəxsin saxlanıldığını bildirib.


Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, təhqiqat zamanı ən az 11 nəfər işgəncələr nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.


Dekabrın 18-də Baş Prokurorluq "Tərtər işi" üzrə cinayət icraatının bərpa edildiyini bəyan edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol