Prezident üçün əkilən ağaclar çıxarıldı - VİDEO - RƏSMİ AÇIQLAMA

Gəncədə yol kənarında əkilən ağaclar yenidən oradan çıxarılır, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Vətəndaş videoda qeyd edir ki, həmin ağaclar bir neçə gün öncə prezidentin Gəncəyə səfəri zamanı yol qırağında əkilib və prezident getdikdən sonra həmin ağaclar yenidən oradan çıxarılır.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva bildirdi ki, sözügedən ərazidə torpaq səthinin altı daşlıq olduğu üçün həmin ağacların tutma ehtimalının aşağı olduğu nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib. Hazırda həmin ərazidə gül kolları əkilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















