• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Latviyanın baş naziri ilə görüşdü

Sahibə Qafarova Latviyanın baş naziri ilə görüşdü
03.02.2022 17:23
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb.


Bu barədə Milli Məclis məlumat yayıb.


Arturs Krişyanis Karinş deyib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, bundan sonra da mövqeyinə sadiq qalacağını qeyd edib.


Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töhfələrini, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib. İki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.


Sahibə Qafarova Azərbaycanın parlament sədri kimi Latviyaya ilk səfərindən məmnunluğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.


Milli Məclisin sədri Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb, ölkəmizin ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.


Spiker iki ölkə arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini söyləyib, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu deyib. Bu gün Azərbaycanda Latviya investisiyaları üçün yaxşı imkanların olduğunu bildirən Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən, Ələt iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji zonası, sənaye, aqroparklar haqqında məlumat verib.


Latviya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edib. Həmçinin, hökumətlərarası komissiyanın fəaliyyətinin və biznes forumların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.


Sahibə Qafarova Latviyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında da məlumat verib.


Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirib.


Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Spiker deyib ki, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.


Görüşdə Milli Məclisin sədri həmçinin, regionda nəqliyyat və yeni kommunikasiya imkanları haqqında məlumat verib. Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol