Krımda ermənilərin təxribatı ifşa olundu - VİDEO

Krım və Şərqi Ukrayna ermənilərinin mütləq əksəriyyəti Rusiyaya meyl edir və Rusiya tərəfinin təbliğat materiallarında geniş istifadə etdiyi arqumentə – Ukraynada hakimiyyətə rusofob millətçilərin gəlməsinə inanırlar.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Krımda yerli mütəşəkkil cinayətkar qrupun rəhbəri olmuş Samvel adlı ermənini buna misal göstərmək olar. İnternet məkanında bir neçə videosu yayılan Samvel artıq bir aya yaxındır ki, Ukraynadakı rusmeylli qüvvələrin sevimlisinə çevrilib. Özünü Krımın özünümüdafiə qüvvələrinin üzvü adlandıran Samvel Krımın Rusiyaya birləşdirilməsi öncəsi keçirilən referendumda təhlükəsizliyi təmin edib. Onun Krımın mərkəzi Simferopol şəhərində yeni Kiyev hakimiyyətinin tərəfdarını döydüyü anlar isə jurnalistlər tərəfindən lentə alınıb. Samvelin iştirakı ilə bir neçə gün öncə yayılan sonuncu videoda isə o, özü kimi silahlı bir qrup şəxslə Krımın özünümüdafiə qüvvələrinin 4-cü bölüyü adından Şərqi Ukraynaya yardıma gələcəklərini deyir və Kiyev “xunta”sının öz qoşunlarını tez bir zamanda Slavyanskdan geri çəkməsini tələb edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















