• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədovla Samir Nuriyev Şuşada müşavirə keçirdi

Əli Əsədovla Samir Nuriyev Şuşada müşavirə keçirdi
02.03.2022 19:55
Prezident İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.

Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.


Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib.


Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra "Azərenerji”nin Füzulidə yeni istismara verilən elektrik stansiyasına baxış olub.


"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.


Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.


Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.


Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.


Daha sonra Zəngilan rayonunda iqtisadiyyat naziri Mikayıl Cabbarov "Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.


Nümayəndə heyətinin üzvləri Zəngilanda "Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.


Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.


Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.


Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.


Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.


Bununla da səfər başa çatıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol