• $
  • €
  • ₽
  • ₺
  • £

“Vətənə xidmətə görə” və “Şöhrət” ordeni alan idmançılar - SİYAHI

“Vətənə xidmətə görə” və “Şöhrət” ordeni alan idmançılar - SİYAHI
16.03.2022 15:01
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında bir sıra idmançılara, məşqçilərə və idman xadimlərinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən mükafatlar təqdim edilib.

Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər "Vətənə xidmətə görə” ordeni, 2 nəfər "Əmək ordeni”, 7 nəfər "Tərəqqi” medalı, 5 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Tokio Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər "Şöhrət” ordeni, 14 nəfər "Vətənə xidmətə görə” ordeni, 3 nəfər "Əmək ordeni”, 3 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə "Tərəqqi” medalı ilə təltif ediliblər.

Həmin idmançıların siyahısını təqdim edir.

Olimpiyaçılar:

Mariya Stadnik (qadın güləşi) – 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni
Rəfael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İrina Zaretskaya (karate) – 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni
Alfonso Dominqes (boks), İrina Kindzerskaya (cüdo), Rafiq Hüseynov (yunan-Roma güləşi) – 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni
Aslan Ağayev, Elman Əzimzadə (hər ikisi sərbəst güləş) – 3-cü dərəcəli "Əmək” ordeni
Anar Məmmədov, Umberto Orta Dominqes (hər ikisi boks), Vüsal Cəfərov, Orxan Məmmədov, Radik Hüseynov, Aleksandr Tarakanov (hamısı güləş), Füzuli Musayev (karate) – "Tərəqqi” medalı
Namiq Abdullayev (sərbəst güləş), Yaşar Bəşirov, Denis Morozov, Qurban Tağıyev, Füzuli Musayev (hamısı karate) – "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

Paralimpiyaçılar:

Elvin Astanov, Həmid Heydəri (hər ikisi paraatletika), Roman Saley (paraüzgüçülük), İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti) – "Şöhrət” ordeni
Orxan Aslanov, Lamiyə Vəliyeva (hər ikisi paraatletika), Şəhanə Hacıyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Sevda Vəliyeva, İlham Zəkiyev (hamısı paracüdo), Vəli İsrafilov (paraüzgüçülük) – 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni
Namiq Abbaslı (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq), Səif Nəcəfzadə (paraatletika), Kamal Məmmədov (Milli Paralimpiya Komitəsinin baş katibi) –
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni
Alavərdi Culfayev (paraüzgüçülük), Rəşad Məmmədov (paracüdo), Vladimir Zayets (paraatletika) – 3-cü dərəcəli "Əmək” ordeni
Fərid Ağakişiyev, Elvin Əliyev Adil oğlu, İbrahim İbrahimov, İmamverdi Məmmədov, Azad Zahidov (hamısı paracüdo), Elvin Əliyev Elman oğlu, Tofiq Əliyev, Mehdi Nağıyev, Oleq Panyutin (hamısı paraatletika), Rəşad Əliyev (paraüzgüçülük), Rasim Məmmədov (parapauerliftinq) – "Tərəqqi” medalı
İlqar İbişov (parapauerliftinq), Ramin İbrahimov (paracüdo), Fyodor Kirillov (paraüzgüçülük) – "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol