• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün keçirilən görüş Azərbaycana nə verəcək?

Bu gün keçirilən görüş Azərbaycana nə verəcək?
06.04.2022 16:03
Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.
 
Millət vəkili, politoloq Zahid Oruc hesab edir ki, bu görüş Azərbaycan üçün müsbət nəticələr verə  bilər.
 
"Müharibə bitdikdən sonra bəzi dairələri çıxmaq şərti ilə Azərbaycanı suçlayan, ittiham edən hər hansı qərar və qətnamələr olmayıb. Avropa Birliyi tərəflərə böyük miqdarda maliyyə yardımı etməyə çalışır. Qərbin ən mühüm iqtisadi-siyasi platforması olan Avropa Birliyi bölgəni iqtisadi cəhətdən əldə saxlamağa cəhd edir. Bu o deməkdir ki, danışıqlar raundu sonrakı mərhələlərdə də Qərb arenasına keçirilə bilər. Bölgədə komunikasiyaların açılması həm də Avropa Birliyinin maraqlarına uyğundur" ,  - Zahid Oruc deyib.
 
Deputat onu da bildirir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tam əlverişli zəmin var. 
 
"Cəbhəboyu baş verən son hadisələri nəzərə almasaq bu müqavilənin imzalanması mümkündür. Düşünürəm ki, Ermənistanın xalq resursu yoxdur, güclü ordusu yoxdur. Yaxın 10 ildə Ermənistan savaşmaq üçün gücə malik deyil. Türkiyə ilə Azərbaycanın regionda mövqeyi güclənib. Paşinyanın hazırda tək istədiyi budur ki, heç olmasa Ermənistan dövlətini qoruyub saxlaya bilsin. Yəqin ki, yaxın zamanda sülh müqaviləsi imzalanacaq. Qarşılıqlı tanınma olacaq və komunikasiyaların açılması reallaşacaq. Şübhə etmirəm ki, Azərbaycan vətəndaşı İrəvana dönə biləcək. Azərbaycan öz zəfərini uğuru bir şəkildə sənədlərdə təsdiq edəcək" ,  -  millət vəkili qeyd edib. 

 
 
 
 

Bakı politoloq klubunun rəhbəri Zaur Məmmədov  Brüsel görüşündən hər hansı sənədin imzalanmasını gözləmədiyini deyir. 
 
"Görüşün keçirilməsi müsbət haldır.  Brüsel görüşündən öncə Azərbaycan öz təkliflərini Ermənistana verib. Ermənistan bu təklifləri qəbul etsə də konkret işlərin görülmədiyini görürürük. Üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq hələ də bir çox məsələlər öz həllini tapmayıb. Görünür Ermənistan bu məsələləri icra etmək səlahiyyətində deyil. Bu gün keçirilən görüş çox zəruridir. Dünən  Yerevanda görüş əleyhinə mitinq keçirilib. Etirazçılar  mitinqdə Paşinyana ultimatum göndəriblər.  Düşünürəm ki, qərb dairələri də yaxın aylar ərzində Paşinyanın reytinqini aşağı salmayacaq. Həm Rusiya həm ABŞ yaxın aylar ərzində status kvonun saxlanmasında və tərəflər arasında danışıqların nəticəli olmasında maraqlı tərəflər kimi çıxış edəcəklər",  -  politoloq bildirib.
 

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş 2021-ci il  dekabrın 15-də Brüsseldə keçirilib.

 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol