• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevanın tapşırığı ilə müşavirə keçirildi - VİDEO

Mehriban Əliyevanın tapşırığı ilə müşavirə keçirildi - VİDEO
11.04.2022 17:37
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, "Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib. Nazir bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən "Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb.

"FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.
Xüsusilə qaz balonlarının istismarı, onların obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır. İstehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə edilərək yoxlanılması funksiyasının bilavasitə "Azəriqaz” İB-nə aid olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməlidir”, o bildirib.

Müşavirənin yekunu olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin görülməsi qərara alınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol