Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.
Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.
Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb



















