Azərbaycan Ermənistanı danışıqlar masasına qayıtmağa dəvət edib

Azərbaycan alternativsiz sülh gündəliyinə sadiqdir və Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşılıqlı məqbul həll yolları axtarmağa davam edəcək. Bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Bütün çətinliklərə baxmayaraq, biz sülh gündəliyinə alternativin olmaması, üçtərəfli bəyanatların, eləcə də son iki ildən artıq müddətdə qəbul edilmiş sonrakı sənədlərin hərfinə və ruhuna ciddi riayət etmək mövqeyinə sadiq qalırıq. Bu prinsiplər beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır ki, tərəflər ötən ilin oktyabrında bunu Praqa və Soçidə keçirilən görüşlərdə bir daha təsdiqləmişik ki, bu da dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasını nəzərdə tutur.Bu yanaşmalara əsasən, Qarşılıqlı məqbul həll yollarını tapmağa və regionda davamlı sülhə və firavanlığa nail olmağa davam edəcəyik”, - deyə Bayramov bildirib.
Ceyhun Bayramov sülh müqaviləsi üzrə onlayn diplomatiyanı səmərəsiz adlandırıb və İrəvanı danışıqlar masasına qayıtmağa dəvət edib

Fevralın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verərək bildirib ki, Ermənistan sülh sənədini rəsmi Bakıya təhvil verib.
Çərşənbə axşamı Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirilən brifinqdə deyib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsinin bəzi bəndləri üzrə konsensus əldə ediblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb