• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Ermənistanın atom elektrik stansiyasını bütün region üçün təhlükə adlandırıb

Əliyev Ermənistanın atom elektrik stansiyasını bütün region üçün təhlükə adlandırıb
02.03.2023 19:59
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə Ermənistan Atom Elektrik Stansiyasını bütün region üçün təhlükə adlandırıb.  

Prezident Əliyev Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaratdığını vurğulayıb.
 
Onun sözlərinə görə, bu stansiya köhnə texnologiya ilə işləyir, ciddi texniki problemlər var.

Əliyev həmçinin qeyd edib ki, "Metsamor AES-dən bəzi nüvə materiallarının qeyri-qanuni ticarəti narahatlıq doğurur”.
 
Görüşdə bütün dövlətlərin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməsinin vacibliyi vurğulanıb, bu kontekstdə nüvə silahı yaratmaq cəhdlərinin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcəyindən narahatlıq ifadə olunub.

Metsamor şəhəri yaxınlığındakı Ermənistan Atom Elektrik Stansiyası 1979-cu ildə istismara verilib və 1989-cu ildə dağıdıcı Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb. 1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES sıradan çıxarıldı, bundan sonra stansiyanın ikinci enerji blokunun sənaye istismarı bərpa edildi. Atom elektrik stansiyaları Ermənistanda bütün elektrik enerjisinin təxminən üçdə birini istehsal edir. 2021-ci ilin noyabrında enerji blokunun genişmiqyaslı modernləşdirilməsi üzrə işlər başa çatdırıldı ki, bu da onun istismar müddətini 2026-cı ilə qədər uzatmağa imkan verdi.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Siyasət 23:15
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib
Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib
Paşinyan: Ermənistanın yeni Konstitusiyası sülhə xidmət etməlidir
Siyasət 19:19
Paşinyan: Ermənistanın yeni Konstitusiyası sülhə xidmət etməlidir
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib
Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Siyasət 17:39
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Siyasət 15:26
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol