Gürcüstan parlamentindən xarici agentlər haqqında qanun layihəsi geri çağırılıb

Xarici agentlər haqqında qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb. Bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim "Gürcü arzusu”nun, "Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında deyilir.
"Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır”, - deyə müraciətdə bildirilir.
Hakimiyyət əhali ilə görüşlərə başlamaq və qanun layihəsinin mahiyyətini və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq niyyətindədir.
www.anews.az

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı iki gün keçirilən etiraz aksiyalarında 133 nəfər saxlanılıb. Dünən aksiyalar toqquşmaya çevrilib, etirazçılar Gürcüstan parlamentinin yaxınlığındakı hasarların bir hissəsini söküblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb