Ermənistanın müdafiə naziri “Artsax Respublikası” sözünü qadağan edib

Ermənistanın yeni təyin olunan müdafiə naziri Suren Papikyan "Artsax Respublikası” ifadəsini işlətməyi qadağan edib. Bu barədə Ermənistan "hraparak" nəşri yazıb.
Nəşr yazdığına görə, nazir bununla bağlı əmr də imzalayıb.
"Nazirin yazılı əmri bölmələrə göndərilib "Artsax Respublikası" sözünü leksikondan çıxarmaq, yalnız "Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır", - əmrdə qeyd olunub.
Sayt yazır ki, yeni təyin olunmuş hərbi zabitin əmri oradan keçən zabitlərin böyük narazılığına səbəb olsa da, Ermənistanda da bir çoxları kimi onlar da öz mövqelərinə üstünlük verərək susmağa üstünlük verirlər.
2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Qarabağa müvəqqəti 5 il müddətinə Rusiya sülhməramlıları yerləşdirilib. Hazırda onların fəaliyyətinin 2 il 2 ayı başa çatıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb



















