Tehran və Ər-Riyad bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini bəyan ediblər

İran və Səudiyyə Ərəbistanı səfirliklərin qarşılıqlı olaraq yenidən açılması, hava nəqliyyatının bərpası və viza rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər. Bu barədə İran dövlət televiziyası xəbər verib.
İranın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahyan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Feysəl bin Fərhan Pekində görüşüblər. Bu, son 7 ildə iki ölkənin diplomatiyası səviyyəsində ilk görüşdür.
Danışıqların yekunlarına dair birgə bəyanatda tərəflər bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bəyan ediblər.
O cümlədən, Tehran və Ər-Riyadda səfirliklərin, eləcə də Məşhəd və Ciddə şəhərlərində konsulluqların qarşılıqlı açılması prosesinə başlamaq barədə razılıq əldə olunub.
Tehran və Ər-Riyad xalqların və ölkələrin maraqları naminə regionda təhlükəsizlik və sabitlik məsələlərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
www.anews.az

Nazirlər Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə "yeni üfüqlər” üçün danışıqları və məsləhətləşmələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb