XİN-in mətbuat xidmətinin rəhbəri Ağdaban soyqırımı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Bu barədə o, tviter səhifəsində yazıb.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 31 il ötür. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb) xüsusi amansızlıqla qətlə yetirilib, - paylaşımda deyilir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib

Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb



















