• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib

XİN Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib
06.05.2023 09:28

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın "France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə XİN-in məlumatında deyilir.

Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona "France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Qarabağ bölgəsini ermənilərlə məskunlaşmış Azərbaycan daxilində anklav adlandırıb. O bir daha Laçın yolunun blokadada olduğunu iddia edərək, yolun açılmasını tələb etməsini şərh edən A. Hacızadə bunları deyib:

"Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq "Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində "anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir.

Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.

Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol