• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq - XİN

Fransanın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq - XİN
27.05.2024 11:14
Fransanın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. 
 
"Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. Bu ölkənin "demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir. 

Bununla yanaşı, dünyaya "demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı "diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.

Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", - Hacızadə Fransa tərəfinin Azərbaycanı "diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavablandırarkən deyib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol